Kosova Prezidentliyinin yaydığı açıqlamaya görə, Prezident Vjosa Osmani imzası ilə parlamenti buraxıb.
Osmaninin bu qərarı ölkədəki siyasi partiya liderləri ilə keçirdiyi görüşdən sonra verildiyi bildirilib.
9 fevral seçkilərinin qalibi olan “Vetevendosje” Hərəkatının sədri Albin Kurtinin təqdim etdiyi hökumət 26 oktyabrda parlamentdən etimad səsi ala bilməmişdi. Ardınca hökumət qurma səlahiyyəti partiyanın digər üzvü Glauk Konjufcaya verilmiş, lakin onun təqdim etdiyi kabinet də 19 noyabrda etimad səsini ala bilməmişdi.
Prezident Osmani keçirdiyi mətbuat konfransında siyasi liderlərlə görüşdən sonra ölkədə erkən parlament seçkisinin 28 dekabr tarixində keçiriləcəyini elan edib.
Mövsüm,
AzNews.az