İsrailin son hücumlarından sonra Qətər Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"İsrailin Qəzza zolağında şəhidlər və yaralılarla nəticələnən vəhşi hücumlarını şiddətlə qınayırıq. Hücumlar regionda atəşkəs razılaşmasını pozan təhlükəli eskalasiya təşkil edir", - deyə bəyanatda qeyd olunub.
Bəyanatda atəşkəs razılaşmasının davam etdirilməsi və ona riayət edilməsi üçün regional səylərin zəruriliyi vurğulanaraq, bunun Qəzzaya edilən hücumlara son qoyulması və bölgədə ədalətli və davamlı sülhün bərqərar olması üçün zəmin hazırlayacağı vurğulanıb.
Bəyanatda Qətərin Fələstin davası və Fələstin xalqının müqavimətini dəstəkləməkdə qətiyyətli mövqeyi bir daha vurğulanıb.
Mövsüm,
AzNews.az