Azərbaycan İsraillə biznes tərəfdaşlığını möhkəmləndirilməsinə dair ortaq hədəfləri açıqlayıb

20 Noyabr 2025 19:55 (UTC+04:00)

İsrail Dövlətinə işgüzar səfər çərçivəsində Azərbaycan-İsrail Birgə Komissiyasının 4-cü iclası keçirilib.

Aznews.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin təşviqini vurğulayaraq ticarət, investisiya, enerji, kənd təsərrüfatı, nəqliyyat, rəqəmsallaşma, turizm və digər sahələrdə birgə fəaliyyətin gücləndirilməsi imkanlarını müzakirə dəyərləndirdik. Bu addımlar iqtisadi əməkdaşlığın şaxələndirilməsinə və biznes tərəfdaşlığımızın möhkəmləndirilməsinə dair ortaq hədəflərimizi əks etdirir", - nazir qeyd edib.