Rusiya XİN: "3+3" formatında növbəti görüş ya Bakıda, ya da İrəvanda keçirilməlidir

20 Noyabr 2025 20:51 (UTC+04:00)

"3+3" regional əməkdaşlıq platforması çərçivəsində növbəti görüş ya Bakıda, ya da İrəvanda keçirilməlidir.

Aznews.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib .

O, bu formatda xarici işlər nazirlərinin son görüşünün 2024-cü ilin oktyabrında İstanbulda keçirildiyini xatırladıb.

Qeyd edib ki, növbəti nazirlər görüşü Bakıda, ya da İrəvanda keçirilməlidir.

"Ümid edirik ki, azərbaycanlı və ermənistanlı tərəfdaşlarımız operativ şəkildə bu görüşün növbəliliyini, kimin bu tədbiri bu il, kimin gələn il keçirəcəyini müəyyən edə biləcəklər. Biz öz tərəfimizdən həmkarlarımızın qərarını dəstəkləyəcəyik. Bu il Azərbaycan və Ermənistan tərəfi dəfələrlə ikitərəfli görüşlər keçirib. Abu-Dabidə, Vaşinqtonda və Düşənbədə. Bu cür birbaşa təmaslar məlum məsələnin həllinə də kömək edəcək", Rusiya XİN sözçüsü qeyd edib.