ABŞ-ın Rusiya–Ukrayna müharibəsi üçün hazırladığı barış planı yenidən gündəmə gəlib. Prezident Donald Trumpın xüsusi komandası tərəfindən hazırlanan və ABŞ mediasına sızan 28 maddəlik Ukrayna barış planı ciddi müzakirələr doğurur.
Məlumata görə, planın əsas bəndlərindən biri Kırım və Donbasın ABŞ və digər ölkələr tərəfindən hüquqi olaraq Rusiya ərazisi kimi tanınmasını nəzərdə tutur. Bunun Ukraynadan tələb kimi irəli sürülməyəcəyi vurğulanır.
Planla bağlı danışan və adı açıqlanmayan ABŞ rəsmisi bildirib ki, sənəddə Ukraynanın bəzi bölgələrinin Moskvanın nəzarətinə verilməsi ehtimalı da yer alır. Bu isə yalnız bir şərtlə — Rusiyanın gələcəkdə Ukrayna və Avropaya qarşı mümkün hücumlara qarşı ABŞ-a təhlükəsizlik zəmanəti verməsi halında həyata keçirilə bilər.
Plan Ukraynanın da əlindədir
Ukrayna rəsmiləri ABŞ-ın barış planı layihəsinin onlara çatdırıldığını təsdiqləyib. Prezident Volodimir Zelenski sənədi rəsmi şəkildə aldığını və yaxın vaxtlarda Donald Trumpla telefon danışığı edərək müharibənin “şərəfli şəkildə” bitirilməsi üçün müzakirələr aparacağını bildirib.
Kreml təsdiqləmir
Kreml sözçüsü Dmitri Peskov isə ABŞ–Rusiya arasında belə bir çərçivə razılaşmasının mövcudluğunu təsdiqləməyib. O, Putinlə Tramp arasında Alyaskadakı son görüşdən başqa yeni bir inkişaf olmadığını açıqlayıb.
Mövsüm,
AzNews.az