İspaniyanın Linares şəhərində qadın şahmatçılardan ibarət komandalar arasında dünya çempionatında 1/4 finalçılar məlum olub.
Azərbaycanın millisi dünya çempionatında növbəti oyununu qələbə ilə başa vurub. Milli IV turda İspaniya komandası ilə qarşılaşıb və görüşdən 3,5:0,5 hesabı ilə qalib ayrılıb.
Bu nəticə sayəsində Azərbaycan millisi 1/4 finala yüksəlib. Şahmatçılarımız bu mərhələdə Gürcüstanla üz-üzə gələcək.
Komandanın heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva çıxış edib. Millinin kapitanı İlahə Qədimovadır.
Qeyd edək ki, dünya çempionatına noyabrın 23-də yekun vurulacaq.
AzNews.az