Təqaüddə olan amerikalı fəlsəfə doktoru, Atlantik Şurasının geosiyasi analitiki Riç Outzen yeni bi təklif irəli sürüb. Onun təklifinə görə Ermənistan Konstitusiyasının dəyişdirilməsi barədə Azərbaycanın tələbi Paşinyan üçün ciddi siyasi risk yaradır. O, hesab edir ki, məsələnin daha ağıllı və daha real həll yolu ABŞ-ın Ermənistanı konstitusiyaya uyğun şəkildə və onunla ziddiyyət təşkil etməyən, açıq şəkildə ərazi iddialarının olmadığını və irredentizmin tamamilə rədd edildiyini göstərən ayrıca bir saziş hazırlamağa təşviq etməsi ola bilər.
(İrredentizm başqa dövlətin ərazisini tarixən, etnik və mədəni cəhətdən öz ərazisi hesab edərək onu geri qaytarmağa yönəlik siyasətdir)
Bu variant ilk baxışda cəlbedici görünə bilər. Lakin mövcud problemi həll etmir və məqbul sayıla bilməz. Belə ki, Ermənistanın Konstitusiyasında dəyişiklik edilmədən 2 dövlət arasında açıq şəkildə ərazi iddialarının olmadığını və irredentizmin tamamilə rədd edildiyini göstərən ayrıca bir saziş imzalanması təklif olunur. Mahiyyət etibarilə bu, Azərbaycana qarşı konkret ərazi iddialarına əsas verən Ermənistan Konstitusiyasının müddəaların, həbelə Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisinin Ermənistana birləşdirilməsi haqqında Ermənistan Ali Sovetinin qərarının və Ermənistanın müstəqillik bəyannaməsinin həmin qərara istinad edərək orada göstərilənləri erməni xalqının milli hədəflərindən biri kimi elan edən müddəalarının qüvvədə qalması deməkdir. Həm də nəzərə alınmalıdır ki, Ermənistan Konstitusiyasında təkcə Azərbaycana qarşı deyil, qardaş Türkiyəyə qarşı da ərazi iddialarına əsas verən müddəalar vardır.
Ona görə də Ermənistan Konstitusiyasının hazırkı mətninin və göstərilən sənədlərin qüvvədə qalması Ermənistanın açıq şəkildə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının olduğunu hüquqi cəhətdən təsbit edir və revanşistlərin öz maraqlarına uyğun irredentizm siyasətə üçün həmişə hüquqi əsas yaradır.
Təklif olunan kimi açıq şəkildə ərazi iddialarının olmadığını və irredentizmin tamamilə rədd edildiyini göstərən ayrıca bir saziş imzalanması bu vəziyyəti hər hansı bir formada aradan qaldırmağa kömək etmir. Çünki istənilən saziş Konstitusiyaya bərabər tutula və ya konstitusiyadan üstün hüquqi qüvvəyə malik ola bilməz. Ermənistan hökuməti və revanşistlər istənilən zaman həmin sazişi Konstitusiyaya zidd hesab edib Azərbaycana qarşı ərazi iddiaları yenidən irəli sürüb təcavüzkar siyasətlərini davam etdirə bilərlər.
Digər tərəfdən Ermənistan cəmiyyətində Azərbaycan və Türkiyə ilə münasibətlərin normalaşması əliyhinə olan rəy üstünlük təşkiil edir. Ona görə də Konstitusiya dəyişikliklərinə getməyin, xüsusən də gözlənilən parlament seçkiləri ərəfəsində Paşinyan üçün ciddi siyasi risk yaratması fikri ilə razılaşmaq olar. Paşinyan da bunu çox gözəl başa düçdüyü üçün Konstiitusiya dəyişikliklərinə tələsmir.
Məsələniin həlliində ilkiin addım kimi, Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisinin Ermənistana birləşdirilməsi haqqında Ermənistan Ali Sovetinin qərarının ləğv edilməsi və Erməniistanın müstəqillik bəyannaməsindən həmin qərara istinad edərək orada göstərilənləri erməni xalqının milli hədəflərindən biri kimi elan edən müddəaların çıxarılması ola bilər. Hər iki sənəd Erməniistanın o vaxtkı Ali Soveti tərəfindən qəbul ediilib və Paşinyanın üstünlüyü olan hazırkı parlament müvafiq qərarı ləğv edə və həmin qərara istinadı Müstəqillik bəyannaməsindən çıxara bilər. Yaxud da Ermənistanın Konstitusiya Məhkəməsi həmin qərarı və Müstəqillik bəyannaməsində ona istinadı etibarsız saya bilər. Bu baxımdan regionda sülh və təhlükəsizliiyə, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığa nail olmaq üçün Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının hüquqi əsas yaradan müddəaların Erməniistan qanunvericiliyində çıxarılmasını təşviq etmək Tramp administrasiyası edə biləcəyi, həm də etməli olduğu bir addım hesab oluna bilər.
Qulamhüseyn Əlibəyli