N!DA-çının iddiası üzrə məhkəmə keçirilib

11 Sentyabr 2013 13:01 (UTC+04:00)
Bu gün Səbael Rayon məhkəməsində Nida Vətəndaş Hərəkatının həbsdə olan üzvü Məmməd Əzizovun Azərbaycan Dövlət Televiziyası və Milli Təhlükəsizlik Nazirliyinə qarşı qaldırdığı iddia ilə bağlı bağlı məhkəmənin hazırlıq iclası keçirilib.
Hərəkatdan AzNews.az-a verilən məlumata görə, ittiham olunan tərəflərdən biri dövlət orqanı olduğu üçün hakim bu işə inzibati məhkəmədə baxılması barədə qərar çıxarıb.
İddiaçı tərəf Məmməd Əzizov məhkəməyə gətirilməyib.
Qeyd edək ki, M.Əzizov onun MTN-də verdiyi ifadənin AZTV-də yayımlanmasının təqsirsizlik prezumpsiyasının pozulması olduğu fikrindədir. Bu səbəbdən də adı çəkilən qurumları məhkəməyə verib.
M.Əzizov bu il mart ayının 7-də həbs edilib. O, Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə ittiham olunur.

Anar
AzNews.az