BDU-nun Tarix fakültəsinin Türk xalqları tarixi kafedrasının müdiri, professor Əsməd Muxtarovanın "Türk xalqlarının dövlətçilik tarixi (qədim dövr və orta əsrlər)" adlı dərs vəsaiti çap olunub.
Aznews.az xəbər verir ki, yeni nəşrin elmi redaktoru AMEA-nın həqiqi üzvü Yaqub Mahmudovdur.
Kitab 3 bölmədən - "Qədim dövrdə türk dövlət qurumları", "Erkən orta əsrlərdə Mərkəzi Asiyada və Cənub-Şərqi Avropada türk dövlətləri" və "Son orta əsrlərdə türk dövlətləri" bölmələrindən ibarətdir. I bölmədə saklar, massagetlər, usunlar, Mərkəzi Asiyada Hun dövləti, kimmerlər, skiflər və savromatlardan (sarmatlar), II bölmədə Kuşan dövləti, Ağhun dövləti, Kanq dövləti, Xarəzm dövləti, Türk xaqanlığı, Türkəş xaqanlığı, Karluq dövləti, Uyğur xaqanlığı, Samanlar dövləti, Fərqanə dövləti, Xarəzmşahlıq, Qırğız xaqanlığı, Qaraxanlar dövləti, Kidan, Oğuz dövlət idarəçiliyi, Cənub-Şərqi Avropada Hun dövləti, Bolqar dövlətləri, Xəzər xaqanlığı, peçeneqlər, kaymaklar və qıpçaqlar, Avar xaqanlığı və Suvar dövlətindən, III bölmədə isə Monqol imperiyası, Qızıl Orda və Teymurun dövlətindən bəhs edilir.