Azad olunan ərazilərə köçürülən sakinlərdən 7 027 şəxsin məşğulluğu təmin edilib

22 Noyabr 2025 10:17 (UTC+04:00)

Azad olunan ərazilərə köçürülən sakinlərdən 7 027 şəxsin məşğulluğu təmin edilib.

Aznews.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Dövlət Məşğulluq Agentliyi həmçinin 4 836 nəfərin vakansiya üzrə işlə təminatını həyata keçirib, 589 nəfər özünüməşğulluq proqramına cəlb edilərək bu proqram çərçivəsində öz kiçik ailə təsərrüfatlarını yaradıb.

1185 nəfər isə fərdi qaydada özünüməşğul şəxslərdir.

Sakinlər üçün peşə hazırlığı kurslarının təşkili işləri də aparılır. Artıq 319 nəfər sakin işəgötürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib.