Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsi 2 dəfədən çox artıb

22 Noyabr 2025 11:13 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Özbəkistan arasında 472 milyon 548 min ABŞ dolları dəyərində ticarət əməliyyatları baş tutub.

Aznews.azbu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

10 ayda Özbəkistanla ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,42%-ni təşkil edib.

Dövr ərzində Azərbaycandan Özbəkistana 60 milyon 988 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bu, illik müqayisədə 93,9% çoxdur. Özbəkistana ixrac Azərbaycanın ümumi ixracının 0,28%-i həcmində olub.

Hesabat dövründə Azərbaycan Özbəkistandan 411 milyon 559 min ABŞ dolları dəyərində məhsul idxal edib. Bu isə, illik 2,5 dəfə artım deməkdir. 10 ayda Özbəkistandan idxal Azərbaycanın ümumi idxalının 2,14%-nə bərabər olub.