Bu ilin III rübündə Gürcüstan ərazisinə dəmir yolu ilə daxil olan yüklərin 32 %-i və yaxud 282,912 min tonu Azərbaycandan göndərilib.
Aznews.az xəbər verir ki, Rusiyanın payı 29,1 %, digər ölkələrin payı isə 38,9 % olub.
Hesabat dövründə Gürcüstanın dəmir yolları ilə 3,5 milyon ton yük daşınıb ki, bu da illik müqayisədə 1,4 % azdır. Ümumi yüklərin 9,5 %-i ölkədaxili, 32,4 %-i beynəlxalq, 58,1 %-i isə tranzit yüklərin payına düşüb.
III rübdə yükdaşımaların 37,7 %-ni koks və emal olunmuş neft məhsulları, 20,6 %-ni kimya, kimya məhsulları və süni liflər; rezin və plastik məmulatları, 12,6 %-i metal filizləri, eləcə də mədən və karxana məhsulları təşkil edib.