Əhməd Oruc vəfat edib

22 Noyabr 2025 17:28 (UTC+04:00)

Bir müddət əvvəl fəaliyyəti dayandırılan Azadlıq Partiyasının sədri Əhməd Oruc vəfat edib.

Aznews.az xəbər verir ki, bu barədə mərhumun dostu Kamran Məhərrəmli məlumat yayıb.

O bildirib ki, Əhməd Oruc bu gün vəfat edib.

Ə.Oruc uzun müddət ürək-damar xəstəliyindən əziyyət çəkib.