Goranboyda yaşayış binasındakı uçqunda xəsarət alanların vəziyyəti açıqlanıb

23 Noyabr 2025 11:40 (UTC+04:00)

Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş verən uçqun nəticəsində xəsarət alanların kimliyi və son vəziyyəti məlum olub.

Aznews.az xəbər verir ki, hadisə nəticəsində 1966-cı il təvəllüdlü Səyyad Süleymanova və 1951-ci il təvəllüdlü Solmaz Məmmədova yüngül xəsarət alıb.

Daha bir nəfər, 1955-ci il təvəllüdlü qadın isə hadisə zamanı qorxu və həyəcan keçirdiyindən özünü pis hiss edib. Onlar Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hər üçünə tibbi yardım göstərilib, vəziyyətləri normal qiymətləndirilir.

Faktla bağlı aidiyyəti idarə və qurumların əməkdaşları tərəfindən araşdırma aparılır.