Ukraynanı öz suveren ərazilərini Rusiyaya təslim etməyə vadar edən proseslərin fonunda bizim üçün əsas gündəm nə olmalıdır?
Məncə, bu gün hər bir azərbaycanlının düşündüyü tək şey bunlar olmalı:
Azərbaycan, Müstəqillik, Dövlət!
Dünyada nələr baş verməsindən asılı olmayaraq, bizim strateji prioritetimiz yalnız öz dövlətçiliyimizi daha da gücləndirmək, müstəqilliyimizin dayaqlarını möhkəmləndirmək və milli təhlükəsizliyimizi təmin etməkdir.
Əgər kimsə anlamırsa, bir az da izah edim.
Ukraynanı bir neçə ərazini Rusiyaya təslim etməyə vadar edən 28 bəndlik təklif, eyni zamanda, 1991-dən bəri post-sovet məkanının əsas hüquqi dayağı sayılan Almatı Bəyannaməsinin faktiki qüvvədən düşməsi deməkdir.
Əlavətən, sərhədlərin toxunulmazlığı prinsipi üzərində qurulan bütün beynəlxalq nizamın qüvvədən düşməsi deməkdir.
Dünya yeni güc bölgüsünə keçir və böyük dövlətlər artıq köhnə sənədlərə və sərhədlərə yox, real güc balansına söykənirlər.
Bu şəraitdə Azərbaycan üçün əsas məsələ hansısa beynəlxalq bəyannamələrə arxalanmaq yox, öz dövlətçiliyini daha da möhkəmləndirmək, müstəqilliyin dayaq sistemlərini gücləndirməkdir.
Qlobal qaydalar dəyişirsə, biz dəyişməməli olan dəyərlərə sahib çıxmalıyıq: dövlətçilik, milli maraq, suverenlik!
Başqa sözlə, xarici güclərin anlaşmaları hər gün dəyişə bilər, amma Azərbaycanın maraqları dəyişməzdir.
Bizim üçün bu günün ən böyük gündəmi məhz bu olmalıdır!
Bu dünyada sosial, iqtisadi, siyasi problemləri olmayan heç bir ölkə yoxdur.
Bu dünyada tərəqqiyə mane olan alt qrupları olmayan heç bir ölkə də yoxdur!
İndi KİŞİ kimi hər kəs bir suala cavab verməlidir:
Sən prezident İlham Əliyevi ən səmimi duyğu və düşüncələrinlə müdafiə edir və Azərbaycanı MÜSTƏQİL DÖVLƏT kimi qoruyursan, yoxsa Əliheydər Qarayevlərin yolunu davam etdirən Rusiyanın XXO nümayəndələrinin, FETO-çuların, Xomeyniçilərin, Qərbin dəstəklədiyi marginal qüvvələrin, psevdo-türkçülərin manipulyasiyalarına, cır səslə bağırdıqları saxta və populist çağrışlara aludə olursan?

Bu sualın cavabı Azərbaycan tarixində var!
AXC Baş naziri Fətəli xan Xoyski bez və müstəqillik arasında müqayisə apararaq o gün bəyan etmişdi- YAŞASIN AZƏRBAYCAN RESPUBLİKASI!
O tarixi çıxışdan təsirlənərək mən də bu gün hayqırıram:
Yaşasın millətləşmə dövrünün ən böyük adamı İlham Əliyev!
Tarix oxuyun! Tarix oxuyun! Tarix oxuyun!
Biz Azərbaycana və Azərbaycanın liderinə, onun hədəflərinə, tərəqqi anlayışlarına cır səslə meydan oxuyanlara gur səslə cavab verəcəyik:
HAMI BURA GƏLƏCƏK!!!
Taleh ŞAHSUVARLI