İran dinc nüvə sahəsində əməkdaşlıq üzrə Rusiya ilə dialoqu davam etdirir

23 Noyabr 2025 12:18 (UTC+04:00)

İran və Rusiya arasında dinc nüvə energetikası sahəsində əməkdaşlıq davam edir, bunun üçün heç bir məhdudiyyət yoxdur.

Aznews.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Baqai bəyan edib.

"İran və Rusiya arasında dinc nüvə energetikası sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi üzrə qarşılıqlı fəaliyyət və danışıqlar davam edir", – deyə o, həftəlik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dünyada heç bir ölkəyə İranla dinc nüvə energetikasının inkişafı sahəsində əməkdaşlıq qadağan olunmayıb və Tehran Moskvanın eyni mövqeyi bölüşməsinə görə minnətdardır.