Gəncədə yeniyetmənin bıçaqlanması ilə bağlı şübhəli şəxs saxlanılıb
Gəncədə yeniyetmənin bıçaqlanması faktı üzrə şübhəli şəxs tutulub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü M. Nağıyev saxlanılıb.
Hadisə noyabrın 22-də axşam saatlarında şəhər ərazisində baş verib. 2010-cu il təvəllüdlü N. Məmmədov bıçaqlanma xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyata götürülüb və həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az