ABŞ Prezidenti Donald Tramp hərbçiləri administrasiyasının əmrlərini yerinə yetirməməyə çağıran Demokratik Partiyasının senator və konqresmenləri xəyanətkar adlandırıb.
Aznews.az xəbər verir ki, bu barədə o "Truth Social" sosial şəbəkəsində yazıb.
"Hərbçiləri mənim əmrlərimə tabe olmamağa çağırış edən xəyanətkarlar dərhal həbsxanada olmalıdır… Bu, ən yüksək səviyyədə üsyana təhrik idi, üsyana təhrik isə ciddi cinayətdir", – deyə o vurğulayıb.
Növbəti paylaşımında o əlavə edib ki, bir çox hüquqşünaslar bunu cinayət kimi qiymətləndirirlər.