Biləsuvarın Mərkəzi Parkında 5-ci "Hind quşu festivalı" keçirilib.
Aznews.az xəbər verir ki, festivalda rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, rayona gələn qonaqlar, turistlər iştirak edib.
Biləsuvar rayonunda quşçuluğun inkişafına töhvə vermək və turizmin inkişafına marağın artırılması məqsədilə keçirilən festivalda hind quşundan hazırlanan çeşidli təamlar nümayiş olunub, müxtəlif səpgili tədbirlər, idman oyunları keçirilib. Eləcə də kəndirbazlıq nümunələri göstərilib, müxtəlif növ əl işlərindən ibarət sərgilər və rəsm əsərləri nümayiş etdirilib.
Bundan əlavə yerli kənd məhsullarından ibarət satış yarmarkası və kənd həyatını əks etdirən guşə də fəaliyyət göstərib.
Həmçinin festivalda milli-mənəvi dəyərləri əks etdirən toy adətləri və xına mərasimi nümayiş edilib.
Qeyd edək ki, festival ilk dəfə 2021-ci ildə keçirilib.