Gədəbəydə dağlıq ərazidə yanğın olub

23 Noyabr 2025 18:10 (UTC+04:00)

Gədəbəy rayonunun Şahdağ kəndində bələdiyyəyə aid dağlıq ərazidə 60 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

Aznews.az xəbər verir ki, ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.