Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT təmsilçiləri Fəxri xiyabanda - FOTOLAR

24 Noyabr 2025 00:30 (UTC+04:00)

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərindən ibarət nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
AzNews.az xəbər verir ki, 2025-ci il noyabrın 23-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərindən ibarət nümayəndə heyəti Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib.

Daha sonra heyət Şəhidlər xiyabanını, Bakıda Türk Şəhidliyini ziyarət edib.

AzNews.az