Malayziya uşaqların sosial mediadan istifadəsi ilə bağlı yeni qaydalar tətbiq etməyə hazırlaşır.
“UŞAQLARIN ONLAYN TƏHLÜKƏSİZLİYİ GÜCLƏNDİRİLƏCƏK”
Malayziyanın Rabitə Naziri Fəhmi Fadzil, hökumətin uşaqların onlayn təhlükəsizliyini yeni yoxlama qaydaları ilə gücləndirmək səyləri çərçivəsində 2026-cı ildən 16 yaşdan kiçik uşaqların sosial media hesablarının açılmasının qadağan ediləcəyini açıqladı.
2026-cı ildə qüvvəyə minəcək
Nazir Fəhmi qadağanın yanvarın 1-də qüvvəyə minəcək “Onlayn Təhlükəsizlik Qanunu” çərçivəsində qorunmalara uyğun olduğunu vurğulayaraq , bütün platformaların istifadəçi hesabları yaratarkən yaşın yoxlanılmasının tələb olunacağını və bu yoxlamanın rəsmi şəxsiyyət vəsiqələri və ya pasportlar vasitəsilə həyata keçirilməli olduğunu bildirib.
Mövsüm,
AzNews.az