Türkiyə DİN rəsmisi: Zəngəzur dəhlizi dünya iqtisadiyyatına önəmli töhfə verəcək

24 Noyabr 2025 12:07 (UTC+04:00)

Zəngəzur dəhlizinin tam şəkildə fəaliyyətə başlaması tarixi bir hadisə olacaq, bölgə və dünya iqtisadiyyatına önəmli töhfə verəcək.

Aznews.az xəbər verir ki, bunu Türkiyə Daxili İşlər Nazirliyinin Vətəndaş cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin direktor müavini Özcan Aygün Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin QHT-lərinin həmrəylik forumunda keçirilən “Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü” adlı paneldə deyib.

O bildirib ki, Zəngəzur dəhlizi ilk növbədə region və ölkə iqtisadiyyatlarına, eləcə də dünya iqtisadiyyatına mühüm faydalar verəcək:
“Süveyş kanalının açılması bölgə ölkələrinə və qlobal iqtisadiyyata böyük töhfələr vermişdisə, Zəngəzur dəhlizi də region iqtisadiyyatında ciddi dəyişikliklərin başlanğıcı olacaq”, - deyə o qeyd edib.