ABŞ ordusunun səhvi iki ölkə arasında qısa müddətli gərginliyə səbəb olub. Amerikan hərbçiləri Meksika sərhədindəki bir çimərliyə səhvən daxil olaraq, əraziyə İngilis və İspan dillərində lövhələr yerləşdiriblər. Lövhələrdə belə yazılıb:
“Bu ərazi Müdafiə Nazirliyinə məxsusdur və komandanın səlahiyyəti ilə qadağan zona elan edilmişdir.”
Hadisədən sonra Meksika Xarici İşlər Nazirliyi dərhal müdaxilə edib və ABŞ hərbçiləri tərəfindən qoyulan 6 xəbərdarlıq lövhəsinin söküldüyünü açıqlayıb.
Vəziyyət sosial mediada geniş müzakirələrə səbəb olub. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) baş verənləri belə şərh edib:
“Buranı yanlışlıqla bağlamışıq.”
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir neçə ay əvvəl Meksika körfəzinin adının “Amerika Körfəzi” olaraq dəyişdirilməsi barədə göstəriş vermişdi.
Mövsüm,
AzNews.az