Zəngəzur dəhlizi türk dünyasının birlik rəmzidir.
Aznews.azxəbər verir ki, bunu “CAREC” layihə ofisinin direktoru Türkmənistandan olan Mergen Kepbanov noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətlər Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda deyib.
“Zəngəzur dəhlizi iqtisadi, mədəni sahədə və ictimai diplomatiyanın gücləndirilməsində, eləcə də digər sahələrdə türk dünyasında əməkdaşlığın inkişafına şərait yaradır. Türkmənistan türk dünyasının bütün ölkələri ilə hər bir sahədə əməkdaşlığın möhkəmləndirilməsinə hazırdır”, - Mergen Kepbanov bildirib.
O qeyd edib ki, Zəngəzur dəhlizi təkcə nəqliyyat layihəsi deyil, həm də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin strateji həmrəyliyinin və iqtisadi birliyinin simvoluna çevrilib: “Türkmənistan qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat-logistika marşrutlarının şaxələndirilməsi, enerji və tranzit sahələrində ümumi layihələrə qoşulmaq niyyətindədir”.