Azad olunan ərazilərdə ötən həftə ərzində (noyabrın 17-23) 35 tank əleyhinə mina, 199 piyada əleyhinə mina, 2 464 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1527,4 hektar ərazi minalardan təmizlənib.