Kilauea vulkanı yenidən aktivləşib

24 Noyabr 2025 14:51 (UTC+04:00)

Amerika Birləşmiş Ştatları Geoloji Tədqiqat Xidmətinə (USGS) bağlı Havay Vulkan Rəsədxanası, dünyanın ən aktiv vulkanlarından biri olan Kilaueada lava axınının yenidən başladığını açıqlayıb.

USGS açıqlamasında vulkanik fəaliyyətin davam etdiyini və xüsusilə bu gündən 25 Noyabr günü arasında yeni və güclü lava püskürməsi ehtimalının çox yüksək olduğunu bildirib.

Havay adalarının Böyük Adasında qorunan ərazi olan Vulkanlar Milli Parkı daxilində yerləşən Kilauea dünyanın ən aktiv vulkanlarından biridir.

Təxminən bir ildir ki, fasilələrlə işləyir və bu qarşıdan gələn püskürmə ötən dekabrdan bəri 37-ci olacaq.

Mövsüm,

AzNews.az