İranla Suriya arasında müqavilə imzalanıldı

11 Sentyabr 2013 14:25 (UTC+04:00)
İranla Suriya arasında qida məhsulları və tibbi vasitələr sahəsində müqavilə bağlanıb.

APA-nın "Fars" xəbər agentliyinə istindən məlumatına görə, sazişi Suriya tərəfindən baş nazir Vael əl-Həlqinin imzaladığı bildirilir.

Müqavilə İran tərəfindən Suriyanın qida məhsulları və tibbi vasitələrlə təmin edilməsini özündə ehtiva edir. Artıq bundan sonra Suriya şirkətləri İran bazarlarına asan şəkildə daxil ola biləcəklər, eyni zamanda İrandan Suriyaya zəruri məhsullar idxal ediləcək.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani sentyabrın 10-da cümə namazı rəhbərlərinin toplantısında çıxışı zamanı ölkəsindəki mövcud problemlərə baxmayaraq, Suriyanın zəruri qida məhsulları ilə təmin edilməsinə dair göstəriş verdiyini açıqlayıb.

AzNews.az