Ceyhun Bayramov Vatikan və İtaliyaya yola düşüb

24 Noyabr 2025 17:58 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Taca və İtaliyaya rəsmi səfərə yola düşüb.

Aznews.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, nazirin noyabrın 25-27-də hayata keçirəcəyi səfər çərçivəsində Vatikanda və İtaliyada xarici işlər nazirləri, digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin, beyin mərkəzində çıxışı və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.