Ukraynada müharibəyə son qoymaq üçün 28 bənddən ibarət sülh planının ilkin variantı Cenevrə danışıqlarından sonra yenidən işlənib.
Aznews.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksandr Bevz "Facebook" hesabında yazıb.
"Ukrayna təklif olunan planın hər bir bəndini ABŞ ilə müzakirə edib. 28 bənddən ibarət plan artıq onu hamının gördüyü şəkildə mövcud deyil. Bəndlərin bir hissəsi çıxarılıb, bir hissəsi isə dəyişdirilib. Ukrayna tərəfinin heç bir fikri cavabsız qalmayıb", - A.Bevz qeyd edib.
Müşavir əlavə edib ki, manipulyasiya cəhdlərinə baxmayaraq, danışıqlar konstruktiv mühitdə keçib.