Azərbaycan XİN diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Bruneyi təbrik edib

24 Noyabr 2025 20:22 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Bruney-Darussalamı təbrik edib.

Aznews.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım olunub:

"Azərbaycanla Bruney-Darussalam arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bruney-Darussalam hökumətinə və xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq", - məlumatda qeyd edilib.