Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV tura start verilib.
Aznews.az xəbər verir ki, turun ilk oyun günündə "Milli Aviasiya Akademiyası" "Azərreyl"lə üz-üzə gəlib.
"Milli Aviasiya Akademiyası"nın idman zalında baş tutan qarşılaşma birincilərin 3:2 (25:17, 21:25, 21:25, 25:19, 16:14) hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, tura noyabrın 26-da yekun vurulacaq.