Fransa ermənilərindən “Türk hava Yolları“na etiraz
11 Sentyabr 2013 17:50 (UTC+04:00)
Fransanın Marsel şəhərinin erməni diasporu "Türk Hava Yolları" şirkətinin "Olimpik Marsel" futbol klubuna sponsorluq etməsi ilə əlaqədar etiraz aksiyası keçirir.
Erməni Assosiasiyasının Koordinasiya Şurası "Türk Hava Yolları"nın "Olimpik Marsel" klubuna sponsorluğunu tənqid edən bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Marsel şəhəri erməni diasporunun paytaxtıdır və bu şəhəri təmsil edən futbol klubuna Türkiyə və Azərbaycan şirkətləri tərəfindən sponsurluq edilməsi yolverilməzdir.(trend)
AzNews.az