Facebook- da ölüm tələsi: “Ərim evdə yoxdur, gəl”

11 Sentyabr 2013 14:43 (UTC+04:00)
Arvadından şübhələnən ər xanımının Facebook-daki profilinə girib. O, arvadının sabiq dostuna "Ərim evdə yoxdur, gəl" yazıb.

Həmin mesajı oxuyub gələn dostu qadının əri öldürüb, sonra da xalıya sarıb gömərkən tutulub.

Yalova sakini, 26 yaşlı Fatih Memiş İstanbulda yaşayan 25 yaşlı Ş.D. ilə Facebook-da tanış olaraq dostlaşmışdılar. Üç il əvvəl Fatih Memiş 26 yaşlı K.M-ni alaraq evləndi, Ş.D. isə Cüneyt D.-yə ərə getdi.

Ailə qurandan sonra əlaqələri kəsilən Facebook dostları 4 ay əvvəl yenidən zəngləşiblər, sosial şəbəkədə yazışmağa başlayıblar.

Cüneyt D. də arvadı Ş.D.-nin yazışmasından xəbər tutub.
O, xanımını Tokata, atasının evinə qonaq yollayıb, sonra xanımının Facebook profilinə gtirərək Fatih Memişə mesaj yazıb: "Ərim evdə yoxdur, atasının evinə gedib. İstanbula gəl, səni gözləyirəm".

Mesajı alan Fatih Memiş də dərhal İstanbula yollanıb.
O, Facebook dostunun qapısının zəngini basanda qapını Ş.D. yox, Cüneyt açıb.

Fatihi görən kimi o, əlindəki çəkiclə qonağın başına vurub, sonra bıçaqlayaraq öldürüb.

Fatih Memişin meyitini xalıya saran Cüneyt qaynatası Muharrem Şahinə zəng vuraraq əməlindən danışıb.

Bir neçə saat sonra qaynata ilə kürəkən cəsədi maşınla İstanbuldan 970 km uzağa, Ordu vilayətinin İkizce rayonuna aparıblar. Dumantepe kəndində atasının evinə gedən Cüneyd D. cəsədi fındıq bağında çuxur qazaraq torpağa gömüb.

Bunu görən kənd sakinləri polisə xəbər veriblər və qatil Cüneyd D. ilə onun qaynatası tutulublar.(milli.az)

AzNews.az