Dövlət İmtahan Mərkəzi sığortaçı seçir

25 Noyabr 2025 12:39 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) əməkdaşlarının könüllü tibbi sığortalanması üçün açıq tender elan edib.

Aznews.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar təkliflərini dekabrın 9-na qədər DİM-in yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanına təqdim edə bilərlər.

Təkliflərə dekabrın 9-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, proqram çərçivəsində 340 işçi, 480 ailə üzvü (o cümlədən 430 kişi, 390 qadın və 24 nəfər 3 yaşa qədər uşaq) sığortalanacaq.

Ötən il bu tenderin qalibi "Meqa Sığorta" olub. Şirkətə 220 min manat ödənilib.