Verbena tropik siklonu artıq Filippində 47 minə yaxın insana təsir edib.
Filippin Xəbər Agentliyi (PNA) Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurasına (NDRRMC) istinadən bu barədə məlumat yayıb.
"46 923 nəfər qasırğadan zərər çəkib. Çərşənbə axşamı səhər saatlarına olan məlumata görə, 485 ailə 19 təxliyyə mərkəzindədir, daha 14 ailə başqa yerlərdə yardım alır. Əlverişsiz hava şəraiti ilə əlaqədar beş regionda 59 liman fəaliyyətini dayandırıb", - NDRRMC xəbər verir.
Tələfat və dağıntılar barədə məlumat verilmir.
Mövsüm,
AzNews.az