Təhlükəsizlik Şurası: Ukrayna və ABŞ Cenevrədə əsas şərtlər üzrə anlaşma əldə edib

25 Noyabr 2025 14:16 (UTC+04:00)

Ukrayna və ABŞ nümayəndə heyətləri Cenevrədə müzakirə olunan razılaşmanın əsas şərtləri üzrə ümumi anlaşmaya gəliblər.

Aznews.az xəbər verir ki, bu barədə “UNIAN“ Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerova istinadən məlumat yayıb.

Umerov qeyd edib ki, Ukrayna final mərhələləri başa çatdırmaq və Trampla razılaşmaya nail olmaq üçün noyabr ayının ən yaxın mümkün tarixində Zelenskinin ABŞ-a səfərinin təşkil olunmasını gözləyir.