Finlandiya hakimiyyəti Rusiyayla sərhəd boyunca yeni səddlər tikir.
Bu barədə ölkənin sərhəd xidməti nümayəndəsinə istinadən Yle məlumat yayıb.
Məlumata görə, şərq sərhədində qurulan son sədd hissələri gələn yayadək tam tamamlanacaq.
Bildirilib ki, sərhəd boyunca hər 20 metrdən bir müşahidə kameraları quraşdırılıb və bu, ərazinin daimi izlənməsini təmin etmək məqsədi daşıyır.
Mövsüm,
AzNews.az