Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Platforması təsis olunub.
Aznews.az xəbər verir ki, bu gün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatları forumu işini Naxçıvanda davam etdirib.
Forumda Türk Dövlətləri Təşkilatının tarixinə 2009-cu il tarixli “Naxçıvan Sazişi” ilə düşmüş, təşkilat üçün böyük rəmzi və mənəvi məna daşıyan Naxçıvan şəhərində təşkilata üzv ölkələrin QHT-nin Platforması təsis edilib.
Platformaya rəhbərliyi Türk Dövlətləri Təşkilatının hazırki sədri kimi Azərbaycan edəcək. Platformada 8 ölkədən qeyri-hökumət təşkilatları birləşib.
Milli Məclisin deputatı Azər Allahverənov Platformanın sədri seçilib.
Aznews.az