Zelenski: “Cenevrə görüşlərindən sonra sülh yolunu real edə biləcək imkanlar görürük”

25 Noyabr 2025 17:43 (UTC+04:00)

Rusiylə Ukrayna arasındakı müharibə davam edərkən, ABŞ tərəfindən hazırlanan 28 maddəlik sülh planı da müzakirə olunmağa davam edir.

Ukraynanın dövlət başçısı Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Keir Starmerlə telefon danışığı həyata keçirib.

Zelenski danışıqla bağlı sosial media hesabında paylaşım edərək bildirib:

“Bu, yaxşı və çox məhsuldar bir görüş oldu. Ukrayna xalqına ifadə etdiyi başsağlığı üçün Baş nazirə təşəkkür etdim.”

“SÜLH YOLUNU GERÇƏKLƏŞDİRƏ BİLƏCƏK ÇOX SAYDA İMKAN GÖRÜRÜK”

İsveçrənin Cenevrə şəhərində bazar günü başlayan və 2 gün davam edən sülh danışıqlarına toxunan Zelenski deyib:

“Cenevrədəki görüşlərdən sonra sülh yolunu real edə biləcək bir çox imkan görürük. Möhkəm nəticələr var və hələ də qarşımızda çox iş durur. Bu gün Könüllülər Koalisiyasının toplantısı keçiriləcək. Mövqelərimizi, müzakirə üçün prioritet məsələləri, həmçinin növbəti addımlarımızı və əlaqələrimizi koordinasiya etdik”.

Mövsüm,

AzNews.az