Avropa İttifaqı Məhkəməsindən Polşaya etiraz: Eynicinsli nikahlara hörmət edilməlidir

25 Noyabr 2025 17:59 (UTC+04:00)

Qərb ölkələrinin əksəriyyətində LGBT ilə bağlı müzakirələr davam edir.

Aİ ölkələri arasında nisbətən mühafizəkar sayılan Polşada bu mövzu son günlərdə yenidən gündəmə gəlib.

Almaniyada evlənmiş bir eynicinsli cütlüyün nikahı Polşada tanınmadığı üçün, Avropa Birliyi Məhkəməsinin qərarı The Guardian tərəfindən xəbər kimi işıqlandırılıb.

Məhkəmə Polşanın həmin cütlüyün evliliyini tanımamasını belə tənqid edib:

“Bu, köçmək və məskunlaşmaq azadlığının yanında, şəxsi və ailəvi həyatın toxunulmazlığı hüququnu da təhlükə altına qoyur.

Katolik ölkəsi olan Polşada LGBT tələbləri uzun illərdir təhlükəli və xarici ideologiya kimi təqdim olunurdu.

Lakin mövcud hökumət eynicinsli evlilikləri də əhatə edən yeni bir mülki qanun layihəsi üzərində işləyir.

Məhkəmə bildirib ki, ölkələrdən evlilik qanunlarını dəyişdirmək tələb olunmur, lakin xaricdə bağlanmış evliliklərin tanınması məsələsində ayrı-seçkilik edilməməlidir.

Mövsüm,

AzNews.az