ADDA və GIZ EasTnT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı

25 Noyabr 2025 20:38 (UTC+04:00)

Noyabrın 25-də Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Ticarət və Nəqliyyat üçün Şərq Tərəfdaşlığı (GIZ EasTnT) arasında dənizçilik sahəsində təhsil, elmi-tədqiqat və peşəkar inkişaf istiqamətlərində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma ADDA tərəfindən rektor vəzifəsini icra edən Eldar Qocayev, GIZ EasTnT tərəfindən isə layihə meneceri Torben Heinemann imza atıblar.

Anlaşma Memorandumu tərəflər arasında uzunmüddətli strateji əməkdaşlıq çərçivəsi yaratmağı hədəfləyir. Sənəd aşağıdakı əsas istiqamətlərə dəstək göstərilməsini əhatə edir:

Bu Memorandum ADDA-nın beynəlxalq əməkdaşlıq strategiyasının genişləndirilməsinə, dənizçilik sahəsində qabaqcıl təcrübələrin ölkəmizə transferinə və tələbə-müəllim heyətinin qlobal təhsil imkanlarına çıxışının artırılmasına xidmət edəcəkdir.

Görüş qarşılıqlı anlaşma və gələcək əməkdaşlığa dair ümidlərin ifadəsi ilə yekunlaşdı.

AzNews.az