Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO

26 Noyabr 2025 09:00 (UTC+04:00)

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Aznews.az xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə, cəmi – 27 ailə (112 nəfər), o cümlədən:

➢ Gəncə şəhərindən – 10 ailə (39 nəfər);

➢ Bakı şəhərindən – 4 ailə (17 nəfər);

➢ Şəmkir rayonundan – 3 ailə (12 nəfər);

➢ Abşeron rayonundan – 2 ailə (12 nəfər);

➢ Samux rayonundan – 2 ailə (11 nəfər);

➢ Göygöl rayonundan – 2 ailə (7 nəfər);

➢ Bərdə rayonundan – 2 ailə (6 nəfər);

➢ Mingəçevir şəhərindən – 1 ailə (6 nəfər);

➢ Ağsu rayonundan – 1 ailə (2 nəfər).

- cəmi köçürülüb – 108 ailə (450 nəfər).

Kəlbəcər şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.