Monqolustan MDB Dəmir Yolu Nəqliyyatı Şurasına daxil ola bilər

26 Noyabr 2025 13:33 (UTC+04:00)

Sentyabr ayında Monqolustanın Dəmiryolçuların Həmkarlar İttifaqı tamhüquqlu üzv kimi Beynəlxalq Konfederasiyaya qoşulub və təşkilat Ulan-Batorun Dəmir Yolu Nəqliyyatı Şurasının fəaliyyətinə qoşulması üçün mümkün təşəbbüsünü dəstəkləməyə hazırdır.

Aznews.az xəbər verir ki, bunu Dəmiryolçuların Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının sədri Dmitri Şaxanov MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasında bildirib.

D. Şaxanov bildirib ki, iclas çərçivəsində dəmir yolu idarələrinin kadr siyasəti, sosial iş və humanitar əməkdaşlıq sahəsində illik plan və uzunmüddətli birgə tədbirlər proqramının hazırlanması planlaşdırılır.

Onun sözlərinə görə, bu proqramın həyata keçirilməsi Şura üzvlərinin dəstəyi ilə mümkün olacaq. D. Şaxanov qeyd edib ki, Şuranın çoxillik fəaliyyəti məhsuldar qarşılıqlı fəaliyyət nümunəsidir və regionda dəmir yollarının sabit istismarına töhfə verir.