PUA hücumlarından sonra Xəzər Boru Kəməri Konsorsiumunun terminalında neft yüklənməsi bərpa edilib

26 Noyabr 2025 13:41 (UTC+04:00)

Xəzər Boru Kəməri Konsorsiumu dəniz terminalında neft yüklənməsi pilotsuz uçuş aparatı (PUA) hücumlarından sonra bərpa edilib.

Aznews.az xəbər verir ki, bu barədə Konsorsiumun mətbuat xidmətinin açıqlamasında bildirilib.

"Son günlərdə yükgöndərənlərin neftinin Tengiz - Novorossiysk sisteminə təhvil verməsi normal iş rejmində həyata keçirilib", - açıqlamada qeyd edilib.

Daha əvvəl Ukrayna KİV-i məlumat yaymışdı ki, Silahlı Qüvvələrin və Təhlükəsizlik Xidmətinin pilotsuz uçuş aparatları ilə Rusiyanın Novorossiysk şəhərinə hücum nəticəsində neft terminalı və desant gəmisi zədələnib.