Ermənistan parlamentinin sədri Bakıya səfər etməyə hazır olduğunu bildirib

26 Noyabr 2025 14:35 (UTC+04:00)

Ermənistan parlamentinin sədri Alen Simonyan əlverişli anda Bakıya səfər etməyə hazır olduğunu bildirib.

Aznews.az Ermənistan mediasına istinadən xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında deyib.

Simonyan azərbaycanlı həmkarı Sahibə Qafarovanı İrəvana dəvət etməyə də hazırlaşdığını, Azərbaycana səfərlə bağlı təklif olacağı təqdirdə, onu nəzərdən keçirə biləcəyini qeyd edib.