Bu gün Kəlbəcər şəhərinə köçürülən sakinlərə mənzillərin açarları təqdim olunub.
Aznews.az xəbər verir ki, Kəlbəcər şəhərinə köçürülən 27 ailəyə (112 nəfər) mənzillərin açarlarının təqdim edilməsi mərasimində Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.
AzNews.az