Honq-Konqda hündürmərtəbəli bina kompleksində yanğın baş verib.
Yanğın hələ də söndürülməyib.
RTHK ictimai yayımı polisə istinadən xəbər verir ki, bir neçə nəfər yanan qüllələrdə qalıb, iki nəfər isə ağır yanıq xəsarətləri ilə ağır vəziyyətdədir.
31 mərtəbəli qüllələri bürüyən alovu söndürməyə çalışarkən bəzi yanğınsöndürənlər də yaralanıb.
İnsanlar yaxınlıqdakı estakadaya toplaşıb, bəziləri binalardan tüstülərin qalxmasını dəhşət içində izləyib.
Yanğınsöndürmə İdarəsi hələ də binada qapalı qalan insanların sayı ilə bağlı təxminlərinin olmadığını bildirib.
Yanğın zamanı ağır yanıqlardan 4 nəfər ölüb.
Mövsüm,
AzNews.az