Avstraliyada ifrat sağçı, müsəlman və miqrant əleyhdarı mövqeyi ilə tanınan “Tək Millət” (One Nation) Partiyasının lideri, senator Pauline Hanson sərgilədiyi davranışa görə cəzalandırılıb.
Avstraliya mətbuatının məlumatına görə, senator Hanson burka və üzü tam örtən geyimlərin qadağan olunması ilə bağlı qanun layihəsi təqdim etməsinə icazə verilmədikdən sonra etiraz məqsədilə burka geyinib.
Bu davranışdan sonra iclasdan kənarlaşdırılan Hanson zalı tərk etməkdən imtina edib. Bunun ardınca Senat sədri Sue Lines iclası təxminən 2 saatlıq dayandırmaq məcburiyyətində qalıb.
Avstraliya hökumətinin islamofobiya ilə mübarizə üzrə xüsusi nümayəndəsi Aftab Malik verdiyi açıqlamada müsəlman əleyhdarı çıxışları ilə tanınan Hansonun burka geyinməsinə sərt reaksiya göstərib.
Malik bildirib ki, burkanın qadağan edilməsi kimi addımlar ölkədə baş örtüyü taxan müsəlman qadınlar üçün təhlükəsizlik risklərini daha da artıra bilər.
Mövsüm,
AzNews.az