Filippində yük maşını ilə sərnişin mikroavtobusunun toqquşması nəticəsində 11 nəfər həlak olub.
Bu barədə “GMA News” bildirib.
“Yoldakı döngədə sürəti azalda bilməyən yük maşını furqona çırpılıb”, - məlumatda deyilir.
Nəşrin məlumatına görə, zərbənin gücü hər iki avtomobilin çaya düşməsinə səbəb olub. Mikroavtobus ciddi deformasiyaya uğradığından xilasedicilər qurbanları çıxarmaqda çətinlik çəkiblər.
Mövsüm,
AzNews.az